“Qarabağ” UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində cavab oyununa hazırlaşır.
Komandamız Bakıda Polşa çempionu “Rakuv”la üz-üzə gəlir. Xatırladaq ki, səfərdə keçirilən ilk matçda meydan sahibləri 3:2 hesabilə qələbə qazanıb. Bakı Olimpiya Stadionunda keçiriləcək oyundan əvvəl baş məşqçilər mətbuat konfransında jurnalistlər önünə çıxıblar: ""Bizim üçün vacib qarşılaşmadır. Çox intizamlı rəqibə qarşı oynayacağıq. Üstünlük bir az rəqib tərəfdədir. Amma matça pis hazırlaşmadıq. Rəqibi tam yaxından tanıyırıq. Sabah yaxşı nəticə üçün meydanda çox əziyyət çəkməliyik. Polşa çempionuna qarşı bir an belə oyundan qopmaq olmaz”.
“Rakuv”un baş məşqçisi David Şvarqa isə qarşılaşma ilə bağlı iddialı danışıb. O, Bakıda uğur qazanacaqlarına inandığını bildirib: “Hər iki komandanın özünəməxsus oyun üslubu var. Yanvarda "Qarabağ"la yoxlama görüşü keçirdiyimiz üçün onların potensialına daha yaxından bələd olduq. Bu, görüşə də hazırıq. "Rakuv"un oyununu sərgiləməyə çalışacağıq. Bakıya gəlməkdə məqsəd qələbə qazanmaqdır. İlk görüşdə minimal fərqlə qalib gəldik. Bu qarşılaşmada da qalibiyyət üçün çalışacağıq. Bu cür çətin oyunları artıq keçirmişik və bilirik ki, bizi nə gözləyir. Təzyiqə də hazırıq".
Bu gün keçiriləcək “Qarabağ” – “Rakuv” oyunu Bakı vaxtilə saat 20-də başlanacaq. Görüşü Sven Yablonskinin rəhbərliyi altında almaniyalı hakimlər briqadası idarə edəcək.